Avrozonada inflyasiya səviyyəsi kifayət qədər yüksəkdir

15:23 - 13.07.2022


13 iyul, Fineko/abc.az. Avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur.

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Dolların kəskin möhkəmlənməsi müşahidə edilir - Deputat

Son 1 ildə avro 18 faiz dəyər itirib - Vüqar Bayramov

O qeyd edib ki, avrozonada inflyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. "Amma qlobal inflyasiya dərəcəsini nəzərə alsaq, ucuz avro, həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir. Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.7060-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir".

Bütün xəbərlər