Gömrük Komitəsinin vəzifəli şəxsi intihar etdi  

14.07.2022,10:50


14 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi intihar edib.

ABC.AZ-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 13 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.