Qarabağda ilk dəfə dərə üzərində körpü inşa edilir - Foto  

15:54 - 15.07.2022


15 iyul, Fineko/abc.az.  Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dərə üzərində inşa edilən körpü - viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun saylılır.

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79,7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 metr (sol - 410 metr, sağ - 350 metr) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.


Bütün xəbərlər