Azərbaycandan Aİ-yə qaz tədarükünün ikiqat artırılması öhdəliyi götürürük - Prezident

17:27 - 18.07.2022


18 iyul, Fineko/abc.az. “Aİ etibarlı enerji təchizatçılarına müraciət edir. Azərbaycan da onlardan biridir”.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ilə görüşün yekunlarına əsasən bildirib.

“Bugünkü razılaşma ilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Aİ-yə qaz tədarükünün ikiqat artırılması öhdəliyi götürürük. Bu, qış və ondan sonrakı dövr üçün qaz təchizatımızla bağlı yaxşı xəbərdir”, - paylaşımda bildirilib.

 

Bütün xəbərlər