Hərracda 8 avtomobil özəlləşdirildi

17:09 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Bu gün keçirilən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracda 1 yarımçıq tikili və 8 nəqliyyat vasitəsi özəlləşdirilib.

ABC.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, özəlləşdirilən yarımçıq tikili Xaçmaz rayonunun Nabran kəndində yerləşir.

Bu əmlaklar üzrə dövlət büdcəsinə 96 750 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Xidmətin saytından tanış olmaq olar.

 

Bütün xəbərlər