“Beliy Lebed” MMC-i məhkəməyə verildi

21.07.2022,12:34


21 iyul, Fineko/abc.az. “Azsığorta” ASC Azərbaycanda fəaliyyətdə olan tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Sığorta şirkəti “Beliy Lebed” MMC-ini Bakı Kommersiya Məhkəməsinə verib.

Şirkətin müraciətindəki işin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.

“Beliy Lebed” MMC-nin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi Nurəddin Kərimov adlı şəxs edir.