Makron Türkiyəyə gedəcək - Detallar

21.07.2022,15:33


21 iyul, Fineko/abc.az. Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə səfər edəcək.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalının efirində deyib.

Onun sözlərinə görə, Makronun cari ilin ikinci yarısında Türkiyəyə səfər edəcəyi planlaşdırılır.