Bakıdan Dehliyə birbaşa uçuşlar başlayıb

16:57 - 10.08.2022


10 avqust, Fineko/abc.az. 9 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Hindistan Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar deyib.

O, reyslərin həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcəyini bildirib.

Qeyd edilib ki, Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.

 


Other news