İran “Mir” sisteminə qoşulmağa hazırlaşır

14:35 - 17.08.2022


17 avqust, Fineko/abc.az. İranın “Mir” sisteminə qoşulması ilə bağlı danışıqlar davam edir və texniki baxımdan bu, yaxın gələcəkdə baş verə bilər.

ABC.AZ xəbər verir ki,  bunu İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri İranın İLNA xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın Mir PS-yə qoşulmasının əsas şərti Moskva ilə Tehran arasında SWIFT-ə bənzər maliyyə məlumat mübadiləsi sisteminin olmasıdır. Eyni zamanda, nazir müavini təkid edir ki, ödənişləri “de-dollarizasiya” edə bilmək üçün belə bir sistem avtonom olmalıdır.

İranın İqtisadiyyat Nazirliyinin Bankçılıq və Sığorta İşləri Departamentinin baş direktoru Qorban Iskəndəri İranın Mir sisteminə qoşulması ilə bağlı danışıqların davam etdirildiyini təsdiqləyib. Eyni zamanda, o qeyd edib ki, bütün İran bankları sistemə giriş əldə edə biləcək və bu sistem İran Mərkəzi Bankına müvafiq sorğu ilə müraciət edəcək.

Other news