Toyota Sankt-Peterburqdakı zavodunu bağlayır

15:32 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. "Toyota" şirkəti Sankt-Peterburqdakı zavodunu bağlamaq qərarı verib.

ABC.AZ xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Şirkət işçilər qarşısında bütün öhdəlikləri yerinə yetirəcəyini və kompensasiya ödənişlərini təmin edəcəyini vəd edib.

“Toyota Motor Company Sankt-Peterburq şəhərində montaj sahəsini bağlayır. Eyni zamanda, kollektiv qarşısında bütün sosial öhdəliklərin yerinə yetirilməsini, həmçinin xeyli əlavə kompensasiya ödənişlərini təmin edəcək. Bundan əlavə, şirkət Toyota və Lexus avtomobilləri üçün satışdan sonrakı xidmət və diler şəbəkəsinə dəstəyi saxlayacaq”, - deyə Sənaye və Ticarət Nazirliyindən bildirilib.

Other news