"Baku Steel Company"nin 2020-21-ci illərdə kassasında 13 milyon 200 min manat çatışmazlıq varmış

16:30 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət üzrə məhkəmə araşdırması davam etdirilib.

ABC.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlərin dindirilməsi mərhələsi başlayıb.

Şahid qismində ilk olaraq ixtisasca rus dili ədəbiyyatı müəllimi olan, 2008-ci ildən isə "Baku Steel Company"nin xəzinədarı işləyən Zemfira Əliyeva ifadə verib.

O, 2020-21-ci illərdə şirkətin kassasında 13 milyon 200 min manat çatışmazlıq olduğunu deyib: "Kassada böyük məbləğdə çatışmazlıq olması barədə maliyyə idarəsinin rəisi Çingiz Həsənov və şirkətin direktoru Süleyman Məmmədova məlumat vermişəm.

Hər dəfə də bunun mənim işim olmadığını deyib, işdən çıxarıla biləcəyimlə hədələyirdilər. Mən faktiki olaraq pul görməmişəm, bankdan çıxıb harasa gedirdi.

Dəqiq deyə bilmərəm, amma eşitmişəm ki, şirkətin rəhbərinə gedir. Nəhayət, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etdim".

Other news