“Günay Sığorta” ASC məhkəməlik oldu

17:31 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. “SAZ-MA” Məhdud Məsuliyyətli Cəmiyyət “Günay Sığorta” ASC-ni məhkəməyə verib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “SAZ-MA” sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb, nizamnamə kapitalı 9.5 milyon manatdır və qanuni təmsilçisi Kamran Babayevdir.

Other news