Taksi xidməti vahid formada olacaq - Sənəd hazırlanıb

16:13 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var. "Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar", - Cavid Qurbanov əlavə edib.

 

Other news