Azərbaycan bu ölkə ilə Fond yaradır

25.11.2022,15:24


25 noyabr, Fineko/abc.az. Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.