İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

15:42 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Other news