Neftçalanın bir sıra kəndlərinə yeni magistral su kəməri çəkilir

15:50 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışını təmin etmək məqsədilə Şirvan-Muğan qrup su kəmərindən ikinci magistral kəmərin tikintisinə başlanılıb. 38 km uzunluğunda layihələndirilən magistral su kəməri 450 və 560 mm diametrli polietilen borularla inşa edilir.

Artıq kəmərin tikintisi üzrə işlərin 30 faizə qədəri icra olunub. Kəmərin inşaasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Yeni kəmər 2020-ci ildə inşa edilmiş birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndiriləcək.

Other news