Ötən il 49371 fərdi yaşayış evi dövlət qeydiyyatına alınıb

14:42 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. 2022-ci il ərzində 49371 fərdi yaşayış evi və 94510 mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış 13188 fərdi yaşayış evi və 62107 mənzil Bakı şəhərinə aiddir.

Həmçinin, 2022-ci il ərzində 6492 fərdi yaşayış evi və 3008 mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunub. İmtinalara səbəb vətəndaşlar tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən, yaşayış evləri və mənzillər üzərində hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, yaxud sənədlərdə çatışmazlıqların mövcud olmasıdır.

Other news