Türkiyə ilə Azərbaycanın quru sərhədi açılıb

16:05 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Fevralın 1-dən etibarən Naxçıvanda Azərbaycanla Türkiyə arasında sərhəd açılıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Teleqram” kanalları məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hələlik sərhəddən yalnız Naxçıvanda yaşamaq icazəsi olan vətəndaşlar keçə bilər.

Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” gömrük-sərhəd buraxılış məntəqəsindən şəxsi avtomobillərin keçirilməsinə icazə verilir. Sərhədi avtobuslarla keçmək qadağası qüvvədə qalır.

Other news