Banklar real sektorta əlavə 5 milyard manat yönəldə bilərlər

17:22 - 1.02.2023


1 fevral, Fineko/abc.az. "Azərbaycanda banklara qoyulan müddətli əmanətlərin 80 %-i bir il və yaxud daha az müddətə yatırılıb".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

F.İsayevin sözlərinə görə, müddətli əmanətlərin 60 %-dən çoxu fiziki şəxslərin payına düşür:

"Müddətli əmanətlərin həcmi 9 milyard manat təşkil edir ki, onun da 6,4 milyard manatı fiziki şəxslərin payıa düşür".

Mərkəzi Bank rəsmisi əlavə edib ki, hazırda banklarda likvidlik əmsalı minimum tələb olan 30 %-dən iki dəfə çox yəni 60 % təşkil edir: "Əgər biz ani likvidlik üzrə əmsalı 30 % olduğunu nəzərə alsaq və burada 10 %-i də əlavə bufer kimi tətbiq etsək, o zaman bankların əlavə 5 milyard manat resursları var ki, onlar onu real sektora yönəldə bilərlər".

Other news