Türkiyə iqtisadiyyatında rekord xarici ticarət kəsiri yaranıb

17:30 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Türkiyə iqtisadiyyatı yeni ilin ilk ayında rekord xarici ticarət kəsiri verib.

ABC.AZ xəbər verir ki, Türkiyənin Ticarət naziri Mehmet Muş bildirib ki, yanvar ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,4% artaraq 19,4 milyard dollar olub.

İdxal isə 33,7 milyard dollar təşkil edib. Xarici ticarət kəsiri rekord həddə - 14,3 milyard dollara çatıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, xarici ticarət kəsiri 2022-ci ilin dekabr ayında 2021-ci ilin eyni ayı ilə müqayisədə 42% artaraq 6,83 milyard dollardan 9,7 milyard dollara yüksəlib.

Other news