“Dünyagöz Azərbaycan” MMC məhkəməlik oldu

14:48 - 3.02.2023



3 fevral, Fineko/abc.az. “Dünyagöz Azərbaycan” MMC-yə gömrük qaydaları əleyhinə olan (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə görə  Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

Other news