Səhm bazarına daha bir şirkət daxil olacaq

15:13 - 3.02.2023


3 fevral, Fineko/abc.az. “Grovv Audit and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti səhm bazarına qapalı daxil olur.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, audit şirkəti təşkilati-hüquqi formasını dəyişərək “Grovv Audit and Consulting” QSC-yə çevrildiyini elan edir.

Qeyd edək ki, Grovv Audit and Consulting” 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Orxan Abdurrahmanovdur.

Other news