Neft Fondu yanvar aynda nə qədər vəsait sata bilib?

15:20 - 3.02.2023


3 fevral, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2023-cü ilin yanvar ayı ərzində satılmış vəsaitin həcmi açıqlanıb.

ARDNF-dən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə Fond 188,5 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 923 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

 

Other news