Yandeks İstanbulda ofis açacaq

16:42 - 3.02.2023


3 fevral, Fineko/abc.az. Rusiyanın “Yandeks” informasiya texnologiyaları şirkəti İstanbulda ofisini açacaq.

ABC.AZ xəbər verir ki, yeni ofisin 3 ay ərzində açılacağı gözlənilir.

Ofisin əməkdaşları logistika və kartoqrafiya xidmətləri ilə məşğul olacaqlar.

Qeyd edək ki, “Yandeks”in İsveçrə, Niderland, ABŞ, İsrail, Çexiya və digər ölkələrdə nümayəndəlikləri var.

Other news