12:24 - 7.08.2024
7 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanının dövlət neft-qaz nəhəngi “Aramco”nun xalis mənfəəti 2024-cü ilin birinci yarısında illik hesablamada 10%-dən çox azalaraq 56,34 milyard dollara düşüb.
ABC.AZ xəbər verir ki, bu, şirkətin çərşənbə axşamı yayımlanan maliyyə hesabatından irəli gəlir.
"Xalis mənfəət: 56,3 milyard dollar (ilin birinci yarısı). Sərbəst pu axını : 41,7 milyard dollar (ilin birinci yarısı)", - şirkətin hesabatında deyilir.
Cari sərbəst pul axınının səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% azalıb, kapital xərcləri isə 19,5% artaraq 22,96 milyard dollara çatıb.
Mart ayında şirkət xalis mənfəətinin 2023-cü ildə 25% azalaraq 121,3 milyard dollara düşdüyünü, bu da şirkətin 2022-ci ildəki qazancından təxminən 40 milyard dollar az olduğunu bildirdi.
25 March 2025
19 March 2025
19 March 2025
19 March 2025
19 March 2025
19 March 2025
25 March 2025