330x110
 

Mərkəzi Bankla Beynəlxalq Maliyyə Korporasiyasının əməkdaşlığının perspektivləri müzakirə olunub

08.05.2019,14:23


8 may, Fineko/abc.az. Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı A.Quliyev ölkədəki iqtisadi islahatlar, islahatlar gündəliyinə uyğun olaraq Mərkəzi Bankın keçirdiyi layihələr barədə məlumat verib.

Nümayəndə heyətinin rəhbəri D.Şils təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib və ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizdə özəl sektorun dəstəklənməsinə hazır olduğunu deyib.

Görüşdə IFC-nin Azərbaycandakı hazırkı və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə edilib.