330x110
 

IFC Azərbaycan hökuməti ilə 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzaladı

08.05.2019,14:27


8 may, Fineko/abc.az. Bugün Bakıda Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair Azərbaycan hökuməti ilə Beynəxalq Maliyyə Korporasiyası (IFC) arasında 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalanıb.

 Baş nazirin birinci müavini Yaqub Eyyubov layihənin tərkib hissəsi olan, imzalanması nəzərdə tutulan saziş və memorandumların icrası üzrə tədbirlərin 2020-ci ilin sonunadək başa çatdırılmasının nəzərdə tutulduğunu deyib. Bildirib ki, bu tədbirlər İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət katibliyi və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, IFC Azərbaycan hökuməti ilə 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalayaraq iqtisadiyyatın şaxələndirilməsinə və iş yerlərinin açılmasına yardım etmək məqsədilə ölkənin investisiya mühitini yaxşşılaşdırmaq və aqrobiznesin rəqabətliliyini artırmaq səylərini dəstəkləyəcək. Əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasətini icra etməyə yardım edəcək.