Neft, ilin əvvəlindən etibarən rekord düşmə ilə həftəni yekunlaşdırır

10:33 - 24.05.2019


24 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 3,30 ABŞ dolları və yaxud 4,45% düşərək bir barelə 57,91 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 23-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 3,51 dollar (5,71%) düşərək bir barelə 57,91 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi cümə günü saat 09:20-də 0,69 dollar (1,19%) qalxaraq 58,60 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 3,23 dollar (4,55%) kəskin enərək bir barelə 67,76 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə günü saat 09:20-də 0,80 dollar (1,18%) yüksələrək bir barelə 68,56 dollar təşkil etmişdir.

Həftənin əvvəlindən WTI 6,6%, Brent isə 5,1% ucuzlaşıb.

 

Other news