Neft yenə də ucuzlaşdı

10:27 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,66 ABŞ dolları və yaxud 3,81% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,09 dollar təşkil edib.

Neftin etalon markalarının qiyməti, daha əvvəlki 3,7% kəskin düşmədən sonra cümə günü də azalmağa davam edir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 31-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 3,09 dollar (5,46%), enərək bir barelə $53,50 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi bazar ertəsi günü saat 09:25-də 0,50 dollar (0,93%) enərək 53,00 dollar / barelə təşkil etmişdir.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  3,34 dollar (5,11%) düşərək bir barelə 61,99 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri bazar ertəsi günü saat 09:25-də 0,77 dollar (1,24%) azalaraq bir barelə 61,22 dollar təşkil etmişdir.

“Brent”in qiyməti həftə sonunda 8,8%, may ayı ərzində isə 16,3% düşüb, bu, noyabr ayından etibarən maksimal düşmədir. WTI-in qiyməti həftə ərzində 6,1%, ay ərzində isə 11,4% azalıb.

 

Other news