Azərbaycan nefti ucuzlaşıb

10:20 - 4.06.2019


4 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,77 ABŞ dolları və yaxud 4,13% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,32 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 3-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,25 dollar (0,47%) enərək bir barelə $53,25 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi çərşənbə axşamı günü saat 09:25-də 0,18 dollar (0,34%) enərək 53,07 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  0,71 dollar (1,15%) düşərək bir barelə 61,28 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri çərşənbə axşamı günü saat 09:25-də 0,36 dollar (0,59%) azalaraq bir barelə 60,92 dollar təşkil etmişdir.

 

Other news