12:01 - 9.08.2019
9 avqust, Fineko/abc.az. Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.
Bildirilir ki, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.
Qeyd edək ki, Tural Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib. 2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.
Fariz Quliyev isə bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024