Neft, yüksəlişdən sonra enməyə başladı, Azeri Light $1,50 bahalaşdı

09:57 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti $1,49 (2,37%) yüksəlib və bir barelə $64,25 təşkil edib.

Əvvəlki ticarət nəticəsində qeyd edilən sıçrayışdan sonra çərşənbə günü neft qiymətləri ticarətdə azalır.

Oktyabrın 22-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,74 (1,26%) artaraq $59,70 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,30 (0,5%)  azalaraq $59,40 təşkil edib.

NYMEX birjasında oktyabrın 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,85 (1,59%) artaraq $54,14 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,45 (0,83%) azalaraq $54,03 təşkil etmişdir.

 

Other news