Neftin etalon markaları bahalaşır, Azeri Light 0,16% ucuzlaşıb

10:15 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,11 (0,16%) azalaraq bir barelə $67,43 təşkil edib.

Neftin etalon markalarının qiymətləri çərşənbə günü yüksəldikdən sonra cümə axşamı günü artmaqda davam edir.

Noyabrın 13-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,31 (0,5%) artaraq bir barelə $62,37 təşkil etmişdir.

Saat 9:25-də Brent markalı neftin yanvar fyuçersi $0,36 (0,58%) artaraq bir barelə $62,73 təşkil edib.

NYMEX birjasında noyabrın 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,32 (0,56%) artaraq bir barelə $57,12  təşkil etmişdir.

WTI markalı neftin yanvar fyuçersi  saat 9:25-də $0,40 (0,7%) artaraq bir barelə $57,52 təşkil etmişdir.

 

Other news