Azərbaycan nefti 1,27% bahalaşdı

09:52 - 18.11.2019


18 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,86 (1,27%) yüksələrək bir barelə $68,70 təşkil edib.

Bu gün neftin qiyməti sabitdir və səkkiz həftə ərzində maksimum səviyyədə saxlanmaqdadır.

Noyabrın 15-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $1,02 (1,64%) artaraq bir barelə $63,30 təşkil etmişdir.

Saat 9:15-də Brent markalı neftin yanvar fyuçersi $0,01 (0,02%) artaraq bir barelə $63,31 təşkil edib.

NYMEX birjasında noyabrın 15-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,95 (1,67%) azalaraq bir barelə $57,72 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:15-də $0,03 (0,05%) artaraq bir barelə $57,75 təşkil etmişdir.

 

 

Other news