TuranBank, Hərbi Hava Qüvvələri işçiləri üçün bayram kampaniyasına başlayır!

16:27 - 17.02.2020


17 fevral, Fineko/abc.az.  TuranBank, Hərbi Hava Qüvvələri işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir və bu münasibətlə bayram kampaniyasına başlayır!

Aksiyanın şərtlərinə uyğun olaraq Hərbi Hava Qüvvələri işçiləri fevral ayının 14-dən istehlak kreditlərini illik faizi 18%-dən başlayaraq, komissiyasız əldə edə bilərlər. Kredit 10 000 manata qədər, 24 ay müddətinə təqdim olunur. Aksiya 1 ay davam edəcək. Göstərilən tarixlərdə TuranBankın istənilən filiallarına müraciət edərək bayram hədiyyəsini əldə etmək mümkündür.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Əlavə olaraq qeyd edək ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

 Facebook - @TuranBankASC

 Linkedin - @TuranBank

 TuranBank

Bizimlə etibarlıdır

 

Other news