Hansı bankda hesab açmaq daha əlverişlidir?

11:17 - 24.02.2020


24 fevral, Fineko/abc.az. Biznesinizə etibarlı tərəfdaş bank axtarırsınız? Hansı bankda hesab açmaq daha əlverişli olduğu haqda düşünürsünüz? Müasir bank texnologiyaları tətbiq edən banka üstünlük verirsiniz?

O zaman vaxt itirməyin – alman kapitalı ilə çalışan Bank Respublikanı seçin! Çünki, Bank Respublika şərtləri dəyişdi #dahaəlverişli oldu!

İndi Banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi sahibkarlar bir sıra bank məhsul və xidmətlərini PULSUZ əldə etmək, eləcə də bəzi hesablaşma-kassa əməliyyatlarını ÖDƏNİŞSİZ həyata keçirmək imkanı qazanacaqlar. Bunlar:

  1. İstənilən valyutada Bank Hesabı;
  2. 5 il müddətli Biznes Kart;
  3. Overdrfat imkanlı Əmək Haqqı Kartları;
  4. Müasir və çoxfunksiyalı Internet Banking;
  5. Nağdsız ödəniş üçün Pos terminal;
  6. Sürətli Bankdaxili köçürmələr;
  7. Sərfəli məzənnə ilə Valyuta mübadiləsi.

Belə ki, Bankda sərfəli şərtlərlə pulsuz hesab açan müştərilər, həm də 5 illik Biznes Kart əldə edə biləcəklər. Bankın təqdim etdiyi biznes kart vasitəsilə iş adamları cari hesablarında toplanan vəsaitləri banka gəlmədən idarə etmək və biznes fəaliyyəti ilə bağlı vergi, gömrük, işçilərin ezamiyyə xərclərini və s. həyata keçirmək imkanı qazanacaqlar.

Əmək haqqı layihələrindən yararlanmaqla, müəssisə rəhbərləri Bankın filiallarına gəlmədən, işçilərin əmək haqlarını bankın İnternet bankinq sistemi vasitəsilə hesablara köçürmə imkanı əldə edəcəklər.

POS-terminalları quraşdırmaqla iş adamları ticarət mərkəzlərində, marketlərdə bütün ödənişləri çox əlverişli şərtlərlə nağdsız olaraq həyata keçirmək imkanı əldə edəcəklər.

Etibarli, rahat və əlverişli şərtlərlə bank axtarırsınzsa – Bank Respublika tam Sizin istədiyiniz bankdır!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Other news