TuranBank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

12:09 - 23.03.2020


23 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən ilk kommersiya banklarından olan TuranBank ASC sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulmuşdur.

Bu məqsədlə, TuranBank Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (Bir yüz min) AZN məbləğində vəsait köçürmüşdür.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən Bankımız bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

 

Other news