Bank Respublika və AKİA fermerlərə daha sürətli və asan şərtlərlə kreditlərlər təqdim edəcək

14:19 - 24.04.2020


24 aprel, Fineko/abc.az.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını genişləndirdi və asanlaşdırdı.

Belə ki, ölkəmizdə sahibkarlığın inkişafına böyük dəstək verən Bank Respublika ilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında olan əməkdaşlıq çərçivəsində, respublikamızda fermer və sahibkarlar üçün verilən kreditlər daha sürətli və daha asan şərtlərlə təqdim ediləcəkdir.

Artıq fermerlər “Bank Respublika”dan maksimal müddəti 3 il olan 15 min manatadək mikro kreditləri çox qısa bir müddətdə əldə edə biləcəklər. Qeyd edək ki, daha aşağı faizlərlə təqdim olunan kreditlərin maksimal dərəcəsi 12%, güzəşt müddəti isə 12 ayadək təşkil edir.

Kreditin istifadə istiqamətləri aşağıdakılardır:

  • Bağçılıq
  • Əkinçilik
  • Heyvandarlıq
  • Quşçuluq
  • Digər ailə-kəndli fermer təsərrüfatları

 

Təqdim olunacaq kreditlər kənd təsərrüfatı sahəsində çalışan sahibkarların stimullaşdırılmasına və yeni fermer təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulub. 

Yeni şərtlər fermerlərin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, onların fəaliyyətini daha da genişləndirməyə imkanı verəcək, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Other news