Pandemiya dövründə öyrəndiklərimiz və yeni sahibkarlara məsləhətlərimiz

16:03 - 27.04.2020


27 aprel, Fineko/abc.az.  Baker Tilly şirkətinin Biznes məsləhət xidmətləri üzrə Direktoru  Niyazi Abbasov pandemiya dövründə öyrənilənlərdən danışıb və yeni sahibkarlara məsləhətlərini bölüşüb.

ABC.AZ həmin məsləhətləri təqdim edir.

  1. Online bizneslərə maraq – Pandemiya dövrü sübut etdi ki, online supermarket və Online aptek kimi bizneslərə tələbat artacaq. Evdən çıxmadan da evə gündəlik tələbat malları almaq, elektronika malları sifariş etmək və dərman almaq mümkündür.
  2. Online Çatdırılma – bu sahə son illər inkişafa qədəm qoysa da Pandemiya dövrü bu bizneslərə tələbi kəskin artırdı.
  3. Online Təhsil xidmətləri - Artıq dünyanın aparıcı Universitetləri və təhsil müəssisləri online təhsil imkanlarını artırırlar. Online Univesitetlər, təlim mərkəzi biznesləri genişlənməlidir.
  4. Online Maliyyə xidmətləri – online bankçılıq və sürətli pul köçürmələri (həttta bank kartı olmadan belə köçürmələr etmək olaz)
  5. Digital marketinq xidmətləri – digital marketin/influencer marketinq kanalları məhsulu sərhəd tanımadan sürətli tanıtımı mümkündür.
  6. “Cash is king” – krizis göstərir ki Şirkətlər “dar gün” üçün 3 aylıq rezerv nəğd vəsait və gözlənilməz krizislər üçün plan B olmalıdır.
  7. Otel və restoran kimi sahələrdən fərqli olaraq Ərzaq və gündəlik tələbat malları istehsalı az marjalı iş olsa da tələbat daimidir. Bu sahəyə yatıtım etmək diqqət mərkəzində olmalıdır.
  8. Sahibkarlar artıq yatırımlarını edəndə “yüz ölçüb bir biçərək” maliyyə cəhətdən əsaslandırılmış yatırımlar eləməlidirlər
  9. Neftin qiymətinin kəskin azalması qeyri neft sektorunun inkişafını daha da surətləndirəcək. İnnovativ layihələr, İKT, Turizm, kənd təsərrüfatı, gündəlik tələbat malları istehsalı, dərman və tibbi materiallar, karbohidrogenlər kimya məhsulları istehsalı sürətlənməlidir.
Other news