Ləğv edilmiş banklara krediti olanlar belə ödəyəcək - Rekvizitlər

11:58 - 12.05.2020


12 may, Fineko/abc.az. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Amrahbank” ASC və "Atabank" ASC müflis elan edilərək iflas proseduruna başlanıb.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, eyni qərarla Fond “Amrahbank” və "Atabank"ın ləğvedicisi təyin edilib. Fond müflis elan edilmiş iki bankın qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrahbank” və "Atabank"ın Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrahbank” və "Atabank"ın  baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər. Mərkəzi Bankda acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “Amrahbank” ASC, VÖEN1400064171Mərkəzi Bank, VÖEN9900071001SWIFT.BIK (AZN)NABZAZ 2CSWIFT.BIK (xarici valyuta) NABZAZ 2XKod501004Müxbir hesab AZNAZ74NABZ01451700000000001944AZNHesablaşma hesabı AZNAZ68NABZ01350100000000060944AZNMüxbir hesab EURAZ58NABZ01452800000000007954EURHesablaşma hesabı EURAZ50NABZ01350200000000059954EURMüxbir hesab USDAZ51NABZ01452800000000015840USDHesablaşma hesabı USDAZ87NABZ01350200000000060840USD

LPO “Amrahbank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.

LPO “Atabank” ASC, VÖEN9900006651Mərkəzi Bank, VÖEN9900071001SWIFT.BIK (AZN)NABZAZ 2CSWIFT.BIK (xarici valyuta)NABZAZ 2XKod501004Müxbir hesab AZNAZ74NABZ01451700000000001944AZNHesablaşma hesabı AZNAZ44NABZ01350100000000055944AZNMüxbir hesab EURAZ58NABZ01452800000000007954EURHesablaşma hesabı EURAZ84NABZ01350200000000058954EURMüxbir hesab USDAZ51NABZ01452800000000015840USDHesablaşma hesabı USDAZ53NABZ01350200000000061840USD

LPO “Atabank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 497-87-00.

Qaynar xətt – 136.

 

Other news