TuranBank uşaqlar arasında müsabiqə keçirir!

09:44 - 21.05.2020


21 may, Fineko/abc.az.  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TuranBank Ümid Yeri uşaqlar evinin balaca sakinləri arasında “Uşaqları qoruyaq” adlı rəsm müsabiqəsi keçirir. İştirak etmək üçün yaş həddi təyin olmayan müsabiqədə sığınacağın bütün sakinləri iştirak edə biləcək. 21 -31 may tarixləri arasında təşkil olunan müsabiqənin qalibi 1 İyun tarixində elan ediləcək. Qalibə bank tərəfindən kompüter və printer hədiyyə olunacaq.

 

Bütün iştirakçılara uğurlar arzulayırıq! 

TuranBank

Other news