ADİF “AtaBank” və "Amrahbank" -ın kreditorlarına yenidən müraciət edib

13:25 - 30.05.2020


30 may, Fineko/abc.az.  Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “AtaBank” ASC-nin və "Amrahbank" ASC-nin kreditorlarına yenidən müraciət edib.

Bu barədə ABC.AZ-a ADIF-dən məlumat verilib.

Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “AtaBank” ASC və “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu hər iki bankın ləğvedicisi təyin edilib.

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “AtaBank” ASC-nin və “Amrahbank” ASC-nin kreditorlardan xahiş olunur ki, iyulun 1-dək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;

Qaynar xətt – 136.

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Xatırladaq ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapital Bank” ASC vasitəsilə ödənilməsi barədə məlumat verilib.

Other news