Bağlanmış 4 bankın 100 sığortasız əmanətçisi olub – Tural Piriyev

14:41 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bağlanmöş banklardakı sığortasız əmanətlərə  toxunub.

ABC.AZ-ın məlumatına görə, T.Piriyev qeyd edib ki, bağlanmış "AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərdə təxminən 100 sığortasız əmanətçi var. Onun sözlərinə görə, onların sayı “Amrah Bank”da 21, “AGBank”da 30, “Atabank” və “NBC Bank”da da 26-dır.

Müəllif: Elmir Murad

 

Other news