Bağlanan banklardakı sığortasız əmanətlər də qaytarılacaq - Mühüm açıqlama

15:32 - 21.07.2020


21 iyul, Fineko/abc.az. “Ləğv edilmiş 4 bankda (“Atabank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank”) əmanətləri qalan vətəndaşların problemi həll olunacaq. Belə ki, bu banklarda depozit qəbuluna qadağa qoyulmasından sonra da əmanət qəbul edilib”.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin I müavini Alim Quliyev deyib.

O bildirib ki, qanunla həmin əmanətlər sığortalanmasa da, vətəndaşların günahı olmadığına görə qaytarılması üçün işlər aparılır: " Yəqin ki, bununla bağlı iyulun 28-nə qədər Konstitusiya Məhkəməsinin xüsusi iclası keçiriləcək. Ümumilikdə bağlanan banklarda vətəndaşların 80 milyon manatlıq əmanəti bloklanıb".

“Artıq bu sahədə nəzarəti, sığorta mexanizminin sərtləşdirilməsi üçün AMB təkliflər hazırlayıb və ilin sonuna qədər bu məsələ həll olunacaq”, - deyə Alim Quliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının aprelin 27-də qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin etmişdi.

 

Other news