Azərbaycanda 69 bank filialı bağlanıb – Hesabat

12:31 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda ilin əvvəlindən indiyədək 1060 nəfər işini itirib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Ölkənin əsas Bankından bunun səbənini aprel-may aylarında 4 bankın (Atabank, Amrahbank, NBC Bank və AG Bank) bağlanması ilə izah ediblər. Bu bankların fəaliyyətini dayandırması nəticəsində ölkədə 69 bank filialı və 16 bank şöbəsi də bağlanıb.

Halbuki, 2018-ci ilin sonundan bu il martın sonunadək bank işçilərinin sayı davamlı artıb və 2300 nəfər artaraq 19 757 nəfərə çatmışdı.

Müəllif: Elmir Murad

 

Other news