330x110
 

TuranBank kartları ilə alış-veriş etmək daha çox qazanc gətirəcək

05.03.2021,09:56


5 mart, Fineko/abc.az. TuranBankın ödəniş kartlarından istifadə etməklə cashback layihəsinin üstünlüklərindən yararlanın! TuranBank kart sahibləri üçün 8 mart Beynəlxalq Qadınlar Gününə özəl cashback kampaniyasına başlayıb. Bankın kart sahibləri gül, parfümeriya, geyim və aksesuar mağazalarında, restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. 05-08 mart tarixində tərəfdaş mağazalarda həyata keçirilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 5%-i kart sahibinin hesabına geri qayıdacaq. Məlumat üçün qeyd edək ki, cashback yalnız 200 AZN-dək məbləğə hesablanacaq. Tərəfdaş mağazaların siyahısı ilə https://bit.ly/3kLGdU1 linkinə keçidlə tanış ola bilərsiniz. Kampaniya haqqında ətraflı məlumatı TuranBankın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək əldə edə bilərsiniz.

Keywords: TuranBank