Azərbaycanın ən çox ixrac həyata keçirən dövlət şirkətləri - Siyahı

12:07 - 31.03.2021


31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayı təqdim edilib.

ABC.AZ-ın məlumatına görə, icmalda 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısının reytinqi verilib.

Siyahıya Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Növbəti pillələrdə isə “Socar Polymer” MMC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, “Azəripək” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC qərarlaşıb.

Müəllif: Elmir Murad

Other news