“SOCAR Polymer” ötən iki ayda ixracı artırıb - Hesabat

12:29 - 31.03.2021


31 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında “SOCAR Polymer” MMC 29,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Müqayisə üçün qeyd edək ki, bu, 2020-ci ilin yanvar-fevral aylarına nisbətdə 9,9 milyon ABŞ dolları və yaxud 49,5 % çoxdur.

Müəllif: Elmir Murad

Other news