Prezidentin vəzifə verdiyi Zaur Mikayılov kimdir? - Bioqrafiya

05.04.2021,14:06


5 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə yeni sədr təyin edib.

ABC.AZ yeni sədrin kimliyi ilə bağlı bəzi məlumatlar əldə edib.

Belə ki, dövlət başçısının təyin etdiyi yeni sədr Zaur Mikayılov 1992-1998-ci illərdə Türkiyədə Boğaziçi Universitetinin Biznesin İdarəedilməsi fakültəsini bitirib. 2001-2009-cu illərdə “Bakcell” şirkətində maliyyə şöbəsinin direktoru işləyib.

Daha sonra 2009-2015-ci illərdə “Port Baku Towers”in baş direktoru, 2015-2016-cı illərdə “Pasha Construction” şirkətində şöbə müdiri, 2016-2018-ci illərdə "Agro Dairy" MMC-də icraçı direktor kimi çalışıb. Z. Mikayılov son olaraq  2018-ci ildə “Bravo Supermarket”ində icraçı direktor olub.

Müəllif: Elmir Murad