"Moody's"-dan SOCAR-la bağlı müsbət proqnoz

10:35 - 8.04.2021


8 aprel, Fineko/abc.az. "Moody's Investors Service" ("Moody's") şirkəti SOCAR-ın (şirkətin tabeliyində olan müəssisələr) korporativ, defolt və üstün hüquqa malik təminatsız notlar üzrə reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib.

ABC.AZ xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, dövlət neft şirkətinin baza kredit ödəmə qabiliyyəti reytinqi isə "b1" səviyyəsində təsdiqlənib.

Şirkət həmçinin SOCAR-ın reytinqləri üzrə proqnozunu "stabil"dən "müsbət"ə yüksəldib.

"Moody's" bildirir ki, bu yaxşılaşdırma Azərbaycanın reytinqləri üzrə proqnozunu artırılmasından irəli gəlir. Reytinqlərin sözügedən səviyyədə təsdiqlənməsi isə SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələrini, habelə Azərbaycanın iş və makroiqtisadi mühitinin təsirini əks etdirir. Agentliyə görə, ölkənin monetar və makro siyasət çərçivəsindəki irəliləyişi SOCAR-ın əməliyyat və makroiqtisadi mühitini tədricən yaxşılaşdıraraq şirkətin kredit profilini dəstəkləyəcək.

 

Other news